29 
mar
2022
09:35
69

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ermənistan terror dövlətidir

29 mar, 2022
09:35
469

Təcavüzkar, ikili oyunların mahir ifaçısı Ermənistan ona məxsus olan 4 ədəd müasir SU-30 təyyarəsini hərbi əməliyyatlarda istifadə etmək üçün Ukraynaya göndərib. Təyyarələrin erməni pilotlar tərəfindən idarə olunduğu bildirilir. Bu, birmənalı olaraq, onu deməyə əsas verir ki, artıq Ermənistan Ukraynaya qarşı aparılan hərbi əməliyyatlara qoşulub.
Bütün dünya Belarusun müharibəyə qoşulacağını güman etsə də, Ermənistan bu ölkəni qabaqladı və qarşıdurmanın bilavasitə iştirakçısına çevrildi. Beləliklə, tam əminliklə söyləyə bilərik ki, bu gün Ukraynanın şəhərlərinin, infrastrukturunun dağıdılmasında Ermənistan da iştirak edir və bu prosesə öz "töhfəsini” verir.
Görünən odur ki, Azərbaycandan aldığı zərbə, “dəmir yumruq” Paşinyan hakimiyyəti üçün yetərli olmadı, Ermənistan rəhbəri dövlətçilik maraqlarını, öz xalqının mənafeyini qurban verərək, ölkəsini ciddi zərbə altına qoydu. Budur Ermənistanın siyasətinin həqiqi mahiyyəti.
Onu da qeyd edək ki, bundan əvvəl də Ermənistanın Ukraynada vuruşmaq üçün Suriyadan gətirilən yaraqlıların döyüş zonasına göndərilməsində fəal iştirak etdiyi barədə məlumatlar yayılmışdı.   
Məhz bu səbəbdən indi bir sıra Qərb dairələrində Ermənistana bu hərəkatlarına görə sanksiyaların tətbiqi ilə bağlı fikirlər səsləndirilir. Ermənistanın son addımları bu ölkəyə sanksiyaların tətbiqi üçün kifayət qədər əsas verir. Artıq sözdən əmələ keçməyin vaxtıdır.
Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır, bu ölkəyə davamlı humanitar yardımlar göstərir. Dünən Ukrayna Prezidentinin yenidən Prezident İlham Əliyevə zəng edərək təşəkkürünü bildirməsi bu fikri bir daha təsdiq edir.
Ermənistan isə Ukraynada həyata keçirilən əməliyyatlarda bilavasitə iştirak edir. Qərb dövlətləri, eləcə də beynəlxalq qurumlar Ermənistanla bağlı siyasətlərində bu amilləri mütləq nəzərə almalıdırlar. Ermənistan hər zaman söylədiyimiz kimi, terror dövlətidir.
 
Ceyhun Məmmədov,
Milli Məclisin deputatı

Bizimlə əlaqə saxlayın