30 
dek
2025
13:15
39

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Adnan Əhmədzadənin sponsoru olduğu klub dağılır

30 dek, 2025
13:15
839


Azərbaycan
I Liqasının iddialılarından olan “Mingəçevir”də futbolçular yenidən maaş ala bilmir.


Turkdunyasi.az Futbolinfo.az-a istinadən xəbər verir ki, iki aydır maaşlarını almayan oyunçular gələn təklifləri nəzərdən keçirirlər.

Komandanın böyük hissəsi artıq yeni klub axtarışındadır. Oyunçuların suallarına cavab olaraq rəhbərlik susmağa üstünlük verir.

Baş məşqçi Ramiz Məmmədov futbolçulara yalnız “Səbrli olun” cavabını verir. Bu isə onları qane etmir.

Xatırladaq ki, “Mingəçevir”in sponsoru ASTA-dır. Bu şirkətin sahibi olan SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə barədə bir neçə ay öncə həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın