30 
dek
2025
17:43

43

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Gələn aydan 16 manat ödəyəcəklər

30 dek, 2025
17:43
843
Xəbər verdiyimiz kimi, “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik olunub.
Turkdunyasi.az-ın məlumatına görə, dəyişikliyə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən uşaqlar, əlilliyi olan şəxslər və pensiyaçılar istisna olmaqla, heç bir yerdə işləməyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər icbari tibbi sığorta xidmətlərindən istifadə üçün aylıq minimum əməkhaqqının 4 faizi həcmində, yəni 16 manat məbləğində ödəniş edəcəklər.
Qeyd edək ki, müvafiq qanun Milli Məclis tərəfindən qəbul olunub və Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.



