30 
dek
2025
22:22

50

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
İşdən çıxarılan icra başçısı 12 il müddətinə həbs edilə bilər

30 dek, 2025
22:22
650
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Elxan İbrahimov barədə yayılan iddialar (100-200 min manat civarında qeyri-qanuni haqq tələbetmə) təsdiqini taparsa, bu, Cinayət Məcəlləsinin 311-ci maddəsi - rüşvət alma ilə cinayət tərkibi yaradır. Bu halda Elxan İbrahimova 12 ilədək azadlıqdan mərhumetmə cəzası verilə bilər.
Turkdunyasi.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
O bildirib ki, icra başçısı ilə bağlı məsələdə bir neçə meyar öz əksini tapır:
"Külli miqdardan, o cümlədən hədə-qorxu ilə tətbiq olunmadan söhbət gedir. Bütün bu faktlar üzə çıxsa, Elxan İbrahimovu 12 il həbs cəzası gözləyə bilər".



