yan
2026
19:56
45

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Ağsu dolaylarında qalanlara polis əməkdaşları yardım edib

4 yan, 2026
19:56
845

Ağsu dolaylarında yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə yol polisi və post-patrul xidmətinin əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparıblar.

Turkdunyasi.az xəbər verir ki, buzlaşma səbəbindən hərəkətdə çətinlik yaşayan sürücülərə polis əməkdaşları tərəfindən operativ şəkildə köməklik göstərilib, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin olunub.
Eyni zamanda, buzlaşmanın müşahidə edildiyi ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub. Xüsusilə sərt eniş-yoxuşlu və təhlükəli sahələrdə yolun hərəkət hissəsinə duz-qum qarışığı səpilib, nəticədə sürüşmə riski minimuma endirilib. Hazırda ərazidə vəziyyət nəzarət altındadır və yol hərəkəti iştirakçılarına diqqətli olmaları, sürət həddinə riayət etmələri tövsiyə olunur.

Bizimlə əlaqə saxlayın