

E-mail: turkdunyasi.az@mail.ru
İcra başçısı şəhid ailəsinin evinə ayaqqabı ilə girib-Foto

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhid Rzayev Əli Nəsib oğlunun anası Kamilə Rzayevaya mənzil verib. Şəhər rəhbəri açarları təqdim etmək üçün M.Rəsulzadə küçəsindəki 6/102 ünvanında yerləşən 1 nömrəli mənzilə gedib. Bunu xeyirxah əməl kimi qiymətləndirmək olar. Elə İ.İsmayılov özü də bu fikirdədir. Amma...
İşin amması ondadır ki, icra başçısı şəhid ailəsinin evinə girəndə ayaqqabılarını çıxarmayıb. Bu isə Azərbaycan xalqının adət-ənənlərinə, davranış qaydalarına ziddir, çünki biz istər öz evimizə, istər qonaq gedəndə mənzilə ayaqqabılarımızı çıxarıb keçirik (Bəzi ölkələrdə evə ayaqqabı ilə girirlər - red).
Araşdırmamız zamanı məlum olub ki, İlham İsmayılov ilk dəfə deyil başqasının evinə ayaqqabı ilə girir. O, 2020-ci ildə də şəhid ailələri və müharibə veteranlarını ziyarət edərkən ayaqqabılarını çıxarmayıb. Həmin dövrdə çəkilmiş fotoşəkli sosial şəbəkələrdə geniş yayılıb, müzakirələr yaradıb. Fotoda 3 nəfər kişi əks olunub. Onlardan biri Mingəçevirin icra başçısı İlham İsmayılovdur, ikisinin kimliyi məlum deyil (güman ki, onlardan biri İkinci dünya müharibəsinin veteranıdır). Məlum olan odur ki, görüş mənzildə keçirilib, həmin iki nəfər ev sahibləridir və hər ikisi başmaq geyiniblər. Amma İ.İsmayılov evdə xalçanın üzərində ayaqqabı ilə gəzib, elə o formada da dayanıb foto çəkdirib.




