7 
yan
2026
14:10

53

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Dubayda dəbdəbəli toyu olan deputat qohumu BU VƏZİFƏNİ TUTUR

7 yan, 2026
14:10
953
Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevin qardaşı Hasil Nurullayev oğlu, bu günlərdə Dubayda toyu olan Şahin Nurullayevin hansı vəzifədə işlədiyi məlum olub.
Turkdunyasi.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, o, Rusiya və Belarusda fəaliyyət göstərən “RİK” MMC-nin baş direktorudur.
Sözügedən şirkət tikinti və infrastruktur layihələri həyata keçirir. Ş.Nurullayev fəaliyyətinə görə bir neçə dəfə mükafat da alıb.
Qeyd edək ki, Şahin Nurullayev Günel adlı xanımla ailə həyatı qurub. Toy Dubayın məşhur “Ritz-Carlton” otelində keçirilib. Mərasimi aparıcı Nanə Ağamalıyeva idarə edib. Xalq artisti Aygün Kazımova isə çıxışı ilə qonaqları sevindirib.
Xatırladaq ki, Şahinin atası Hasil Nurullayev tikinti maqnatıdır. 



