yan
2026
23:59
52

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Nurullayev qardaşları Aygün və Nanəyə nə qədər ödəniş edib?

7 yan, 2026
23:59
952

Ötən gündən deputat Razi Nurullayevin qardaşı Hasil Nurullayevin oğlununun Dubaydakı dəbdəbəli toyu ölkə gündəmini zəbt edib.

Turkdunyasi.az Milli.az-a istinadən xəbər verir ki, dəbdəbəli mərasim toy sahibinə heç də ucuz başa gəlməyib.
Məclisin əsas aparıcısı Nanə Ağamalıyeva, ifaçısı xalq artisti Aygün Kazımova olub.
Aygün Kazımovanın dəvət olunmasına 100 min manat ödənilib. Məclisin aparıcı Nanə Ağamalıyeva tərəfindən idarə olunması isə toy sahibinə 25 min manata başa gəlib.
Bunlardan əlavə dəbdəbəli dekorasiya, toy karvanında lüks avtomobillərin iştirakına da böyük məbləğ ödənilib. Toy mərasimi isə Dubayın məşhur "Ritz-Carlton" otelində keçirilib.
Qeyd edək ki, deputatın qardaşı Sankt-Peterburqda biznes fəaliyyəti ilə məşğuldur.

Bizimlə əlaqə saxlayın