16 
yan
2026
12:45
36

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Azərbaycan Nəşriyyatı istismarını dayandırır - Rəsmi

16 yan, 2026
12:45
936

Azərbaycan Nəşriyyatı MMC-nin təmirə bağlanmasının səbəbi açıqlanıb.

Turkdunyasi.az xəbər verir ki, MMC-dən Report-a açıqlamada Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu binasının 9 mərtəbəli korpusunda vizual texniki baxış keçirildiyi bildirilib.
Baxış nəticəsində nəşriyyatın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkarlanıb.
Bundan əlavə, binadakı liftlərin texniki vəziyyəti qənaətbəxş deyil.
Bildirilib ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir:
"Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq fevralın 1-dən binanın istismarının dayandırılması haqda qərar verilib".
Qeyd edək ki, artıq binada köçürülmə prosesi başlayıb.

Bizimlə əlaqə saxlayın