16 
yan
2026
19:01
9

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Vilayət Eyvazov Belarusun daxili işlər naziri ilə görüşüb

16 yan, 2026
19:01
69

Belarusun daxili işlər naziri milis general-leytenantı İvan Kubrakovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Turkdunyasi.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, nazir İvan Kubrakov və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Daha sonra Zəfər parkına gələn qonaqlar Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin simvolu olan Zəfər abidəsi önünə əklil qoyaraq şəhidlərə ehtiramlarını bildiriblər.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov belaruslu həmkarı və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə V.Eyvazov Belarusla hüquq-mühafizə fəaliyyəti sahəsində əməkdaşlıqdan danışaraq, transmilli mütəşəkkil cinayətkarlığın əsas növləri olan narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıqla mübarizənin diqqət mərkəzində saxlanıldığını, bu istiqamətlərdə səmərəli nəticələrin birgə səylərlə mümkün olduğunu vurğulayıb.
Tərəfləri maraqlandıran bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Belarus Respublikasının daxili işlər naziri milis general-leytenantı İvan Kubrakov səmimi görüşə və göstərilən qonaqpərvərliyə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib.
Sonda nazirlər qarşılıqlı fəaliyyət haqqında protokol imzalayıblar.

Bizimlə əlaqə saxlayın