17 
yan
2026
20:44
45

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Minimum əmək haqqı ilə bağlı mühüm dəyişiklik

17 yan, 2026
20:44
745

Qanunvericilikdəki minimum əmək haqqı anlayışı təkmilləşdirilib.

Turkdunyasi.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Daha əvvəl minimum əmək haqqı qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ hesab edilirdi.
Qanuna əsasən, minimum əmək haqqı ölkədə iqtisadi inkişafın tələbləri, məhsuldarlıq, aylıq orta əməkhaqqı, pul vahidinin alıcılıq qabiliyyəti, sosial müavinətlərin məbləği, əsas sosial demoqrafik qruplar üzrə yaşayış minimumu səviyyəsi, məşğulluq səviyyəsinin yüksəldilməsi və saxlanılması nəzərə alınmaqla işçilərin və onların ailələrinin tələbatına uyğun ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ hesab ediləcək.

Bizimlə əlaqə saxlayın