

E-mail: turkdunyasi.az@mail.ru
Yevlaxda 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş-1990-cı ilin 20 Yanvar hadisələrindən 36 il ötür. Bu xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Rayonun ümumtəhsil, səhiyyə, mədəniyyət , gənclər müəssisələrində qan yaddaşımız olan 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq silsilə tədbirlər, anım mərasimləri keçirilib.
Turkdunyasi.az xəbər verir ki, Yanvarın 20-də Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Faciənin 36-cı ildönümünə həsr olunmuş ümumrayon anım tədbiri keçirilib. Anım tədbirində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev,YAP-nın rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Şəhid ailələri, Qazilər, müharibə veteranları, ziyalılar və gənclər iştirak ediblər. Anım tədbiri çərçivəsində Yevlax Şəhər Şəhidlər Xiyabanında qanlı faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin məzarları ziyarət edilib, önlərinə gül dəstələri düzülərək müqəddəs xatirələri böyük ehtiramla yad olunub.












