21 
yan
2026
00:58
41

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Bazarda insanlara heyvan yemi satılır? — Hormonları pozur

21 yan, 2026
00:58
841

Son dövrlərdə bazarlarda insan qidası kimi təqdim edilən, əslində isə heyvan yemi üçün nəzərdə tutulmuş texniki kartofların satışına dair məlumatlar yayılıb. Bildirilir ki, bu kartofların mənşəyi, saxlanma şərtləri və yetişdirilməsində istifadə olunan kimyəvi maddələr barədə heç bir açıqlama yoxdur. Məhsulun mənşəyi, saxlanma şəraiti və kimyəvi tərkibi barədə məlumatın olmaması qida təhlükəsizliyi üçün ciddi risklər yaradır.

Turkdunyasi.az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, bu cür iddialar qida təhlükəsizliyi baxımından çox ciddi risklərə işarə edir. Texniki və ya heyvan yemi üçün nəzərdə tutulmuş kartof insan qidası kimi satışa çıxarıldıqda bir neçə əsas təhlükə yaranır.

Ekspert bildirib ki, əvvəla, kimyəvi risklər ön plana çıxır:

"Texniki kartof adətən məhsuldarlığı artırmaq və uzunmüddətli saxlanma üçün daha yüksək dozada pestisidlər, herbisidlər və cücərməyə qarşı kimyəvi maddələrlə işlənə bilər. Bu maddələr insan qidası üçün icazə verilən həddən artıq olduqda uzunmüddətli istifadədə hormonal pozuntular, qaraciyər və böyrək yüklənməsi, immun sistemin zəifləməsi və bəzi hallarda kanserogen risklərlə əlaqələndirilir".

"İkincisi, bioloji risklər mövcuddur. Mənşəyi və saxlanma şəraiti məlum olmayan kartoflar uyğun olmayan temperatur və rütubətdə saxlanıldıqda kif göbələkləri və bakteriyalarla çirklənə bilər. Xüsusilə yaşıl rəng almış və ya cücərmiş kartoflarda solanin adlı toksik maddənin miqdarı artır ki, bu da ürəkbulanma, başgicəllənmə, sinir sistemi pozuntuları yarada bilər. Uşaqlar və gənclər bu təsirlərə daha həssasdır" - deyə, o bildirib.

Bizimlə əlaqə saxlayın