24 
yan
2026
12:00

33

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Gələn həftə məktəblilərin tətili başlayır

24 yan, 2026
12:00
1133
Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayacaq.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Nazirlər Kabinetinin "Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında" müvafiq qərarına əsasən, ümumi təhsil müəssisələrində 2025-2026-cı tədris ili üzrə qış tətili yanvarın 27-dən başlayacaq. Tətil 27-31 yanvar tarixlərini əhatə edəcək və 5 gün davam edəcək.
Qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
5 günlük və 6 günlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətildən sonrakı ilk dərs günü fevralın 2-də olacaq.



