25 
yan
2026
23:23

71

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
“Sağlam gələcək bizim əlimizdədir”

25 yan, 2026
23:23
971
“Sağlam gələcək bizim əlimizdədir”
Mingəçevir şəhər 8 saylı orta məktəbdə “Narkomaniyasız sağlam gələcək” mövzusunda tədbir keçirilib.
Turkdunyasi.az xəbər verir ki, çıxış edən ŞPŞ-nin rəisi polis polkovniki Ədalət Əliyev narkomaniyanın cəmiyyət üçün təhlükə mənbəyi olduğunu diqqətə çatdıraraq ölkəmizdə bu bəlaya qarşı aparılan mübarizədən, qəbul olunan dövlət proqramlarından söz açıb, sağlam həyat tərzinin üstünlüklərini şagirdlərin diqqətinə çatdırıb. Həyatı iflic edən narkomanlığa qarşı hər kəsin qətiyyətli mübarizə aparmasının vacibliyi vurğulanıb.
Daha sonra “ağ ölüm”ün fəsadlarını əks etdirən videoçarx nümayiş olunub və məktəblilərin mövzu ilə əlaqəli sualları cavablandırılıb.



