30 
yan
2026
19:35
3

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Gömrükdə götürülmüş 52 milyon manatlıq narkotik məhv edilib

30 yan, 2026
19:35
83

Gömrükdə götürülmüş 52 milyon manatlıq narkotik məhv edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib.
Məlumata görə, yanvarın 30-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya üzvlərinin iştirakı ilə gömrük orqanları tərəfindən həyata keçirilən gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən götürülmüş və barəsində məhvetmə qərarı qəbul edilmiş 25 cinayət işi üzrə ümumilikdə 858 kiloqram 631.899 qram narkotik vasitələr və psixotrop maddələr yandırılaraq məhv edilib.
Ümumilikdə məhv edilən müxtəlif növ narkotik vasitələrin 453 kq 924.517 qr heroin, 394 kq 224.36 qr marixuana, 2 kq 245.25 qr tiryək, 5 kq 224.72 qr həşiş, 3 kq 2.052 qr, 22 139 ədəd həb və 1 056 ədəd ampul psixotrop maddə, həmçinin 4 745 ədəd həb və 240 paket güclü təsir edən maddə təşkil edib.
Məhv edilən narkotik vasitələrin qiyməti 52 milyon manat təşkil edib.

Bizimlə əlaqə saxlayın