30 
yan
2026
19:38
23

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Gəncədə mağazalarda məşhur markaya aid saxta araqlar aşkarlandı

30 yan, 2026
19:38
723

Gəncədə fəaliyyət göstərən bəzi ticarət obyektlərində yoxlama keçirilib.

Turkdunyasi.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, şəhərin Məhsəti qəsəbəsində yerləşən, fiziki şəxs Vaqif Abbas oğlu Tağıyevə və fiziki şəxs Asif Tofiq oğlu Məmmədova məxsus ərzaq mağazalarında yoxlama zamanı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkarlanıb.
Məhsulların kustar üsullarla hazırlandığı, müşayiətedici sənədlərinin olmadığı, üzərində yanlış məlumatların qeyd edildiyi və saxta VÖEN göstərildiyi müəyyənləşdirilib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, içkilərin satışının qarşısı alınıb və möhürlənərək saxlanca verilib.
Saxta məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın