29 
mar
2022
19:39
61
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Bölmədə arvadını öldürən polisə 20 il HƏBS TƏLƏBİ
29 mar, 2022
19:39
461
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda polis bölməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən polis əməkdaşı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Turkdunyası.az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror İsmayıl Məmmədovu xüsusi amansızlıqla qəsdən adam öldürməkdə və xuliqanlıqda təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti məhkəmə prosesi aprelin 12-ə təyin ediıib.
Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 30-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qeydə alınıb.
Belə ki, Xanım Məmmədova əri, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov tərəfindən qətlə yetirilib.
İstintaqla müəyyən edilib ki, İsmayıl Məmmədov xidmətdə olarkən həmin vaxt 24-cü Polis Şöbəsinin inzibati binasında arvadı Xanım Məmmədovanı onun tərəfindən döyülməsi ilə əlaqədar müraciəti əsasında aparılan araşdırma gedişində izahatı alınarkən azyaşlı övladlarının gözü qarşısında üzərində gəzdirdiyi xidməti silahla 15 dəfə atəş açaraq qəsdən öldürüb.
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında İsmayıl Məmmədova Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.