19 
apr
2026
17:40

4

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
“Tullantıların düzgün atılmamasına görə yüksək cərimələr qüvvədədir”

19 apr, 2026
17:40
94
Köhnə mebelləri, tikinti qalıqlarını bəzən hara gəldi atmaq yalnız görüntü çirkliliyi deyil, həm də qanun pozuntusudur.
Bir çoxumuz fərqində olmasaq da, bu davranışa görə kifayət qədər ağır cəzalar tətbiq oluna bilər.
Bəs bu qaydalara əməl etməyənləri hansı hüquqi məsuliyyət gözləyir?
Hüquqşünas Ramil Əfəndi qeyd edib ki, təmir tullantıları və məişət əşyalarının zibil qutularına, və ya kənar ərazilərə atılması nəticəsində fiziki şəxslər 700 manatdan 1 000 manatadək cərimələnə bilərlər.
"Bu qaydanı pozan vəzifəli şəxslər 3 000 manatdan 4 000 manatadək, hüquqi şəxslər isə 8 500 manatdan 10 000 manatadək cərimə oluna bilərlər", - deyə o bildirib.



