20 
apr
2026
18:18
38

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Bəzi yerlərə intensiv yağış yağır

20 apr, 2026
18:18
738

Azərbaycanln bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Yağıntılar bəzi yerlərdə intensiv xarakterlidir.

Turkdunyasi.site xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 20-si saat 17:00 olan məlumatında qeyd edilib.
Belə ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Daşkəsən, Gədəbəy, Tərtər, Bərdə, Naftalan, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Xızı, Quba, Şabran, Mingəçevir, Göyçay, Zərdab, Neftçala, Yardımlıda arabir yağış yağır.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 21, Goranboyda 19, Naftalanda 18 m/s-dək güclənir.

Bizimlə əlaqə saxlayın