22 
apr
2026
14:04
33

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Könül Ələkbərov işdən çıxarıldı

22 apr, 2026
14:04
633

Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov vəzifəsindən azad edilib.

Turkdunyasi.site "Bakupost"a istinadla xəbər verir ki, məlumatı o özü təsdiqləyib.

K.Ələkbərov bildirib ki, bu gün TƏBİB-ə dəvət olunaraq ərizəsi alınıb.


O bundan sonra pedaqoji fəaliyyətlə məşğul olmaq istədiyini deyib:

"Əməkdar həkiməm. Azərbaycan Tibb Universitetində tədris olunan "Təcili tibb" kitabının müəllifiyəm. Ola bilər ki, universitetdə müəllim işləyim. Yaxud hansısa özəl xəstəxanada həkim kimi fəaliyyət göstərim".

Qeyd edək ki, Könül Ələkbərov ixtisasca anestezioloq-reanimatoloqdur. O, 2017-ci ildə icbari tibbi sığorta ilə bağlı Mingəçevirdə həyata keçirilən pilot layihənin, daha sonra isə işçi qrupunun rəhbəri olub.

K.Ələkbərov 2021-ci ildən etibarən isə Klinik Tibbi Mərkəzin direktoru vəzifəsində çalışırdı.

Bizimlə əlaqə saxlayın