21 
may
2022
11:46
83

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Binəqədi icra hakimiyyəti keçmiş hərbçini rəsmən SÜRÜNDÜRÜR - GİLEY

21 may, 2022
11:46
983

27 il Azərbaycan ordusunda xidmət edən Fazil Əliyev aylardır ki, "məmur biganəliyi" ilə üz-üzə qaldığını deyir. Mayor rütbəsinə kimi xidmət edən Fazil Əliyev təqaüdə çıxıb və bundan sonra da "idarələrdə süründürməçiliklə" qarşılaşıb.

Beş aydır Binəqədi İcra Hakimiyyətindən kirayə pulu ala bilmədiyindən şikayətlənən ehtiyatda olan zabit daha yüksək qurumlara şikayət etsə də, hələ ki, işində irəliləyiş olmayıb.

Keçmiş hərbçi Fazil Əliyev deyir ki, Binəqədi İcra Hakimiyyətinin baş mühasibi Hicran Dadaşova onunla kobud davranır, "süründürməçilik" edir. Hicran Dadaşova isə BBC-yə müsahibəsində məmur kimi kobud davranması ilə bağlı ittihamları qəbul etmədiyini deyib.

Fazil Əliyev hərbi xidmətdən təqaüdə çıxıb, amma qeydiyyatı Binəqədi rayon ərazisinə olsa da, İcra Hakimiyyətinin baş mühasibinin onun kirayə pulunu beş aydır ödəmədiyini deyir.

"Ötən il, 2021-ci il oktyabrın 27-dən sənədlərimi təqdim etmişəm, dekabrın 27-də Binəqədi İcra Hakimiyyəti sərəncam verib ki, Fazil Əliyev kirayə ev növbəsinə qoyulsun, kirayə pulu ilə təmin olunsun. Lakin oranın baş mühasibi Hicran məni get-gələ salıb. Mənim kirayə haqqımı ödəmək istəmir, telefon zənglərinə cavab vermir. Əsas gətirir ki, sən ilin sonunda sənəd verdiyinə görə, biz sənə kirayə haqqının ödənişini nəzərdə tutmamışıq. Mən Məhərrəm Əliyevə (Azərbaycan Prezidentinin hərbi məsələlər üzrə köməkçisi) şikayət etmişəm gecikməyə görə, bunlar da mənim şikayətim səbəbindən məni bilərəkdən, qərəzli olaraq ləngidirlər",- Fazil Əliyev deyib.

Şikayətçi iddia edir ki, Hicran Dadaşova "əlçatmaz məmur olub" və onun kimi başqa şikayətçilərin də "telefonlarına cavab vermir, gələni qəbul etmir".

Binəqədi Rayon İcra Hakimiyyətinin baş mühasibi Hicran Dadaşova ona qarşı səslənən itithamlarla razılaşmır və deyir ki, Fazil Əliyevin müraciətinə rəsmi cavab veriləcək.

"Özü dəfələrlə zəng vurub və ona deyilib ki, ərizəsinə cavab veriləcək. O, Məhərrəm Əliyevə də yazılı müraciət edib, həmin müraciət də bizdədir və mən telefonla izah etmişəm ki, siz rəsmi müraciət etmisiz, müraciətinizə də rəsmi sürətdə cavab veriləcək, gözləyin. Biz onunla rəsmi görüşməmişik və mən ona necə kobud davrana bilərəm?",- Hicran Dadaşova sual edib. //BBC//

Bizimlə əlaqə saxlayın