30 
mar
2022
11:43
52

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Fərrux kəndində tapılan insan qalıqları şəhidlərimizə AİDDİR

30 mar, 2022
11:43
652

Azərbaycanın tam nəzarətinə keçən Xocalı rayonunun Fərrux kəndində insan skeletləri aşkarlanıb.
 
Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar ediblər. Aşkarlanan qalıqların Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi və eyniadlı kənd uğrunda gedən döyüşlərdə şəhid olmuş şəxslərə aid olduğu ehtimal edilir.
 
Hazırda faktla bağlı dəqiqləşmələr aparılır.
 

 
Xocalıdan olan Elman Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, insan skeletlərinin kimlərə aid olması barədə araşdırmalar aparılacaq: 
 
“Meyitlər Birinci Qarabağ müharibəsi zamanı Fərrux yüksəkliyində gedən döyüşlərdə şəhid olmuş şəxslərə aiddir. Bu, erməni vəhşiliyinin dünyaya növbəti sübutudur. Müvafiq qurumlar tərəfindən qalıqların kimliyi üçün araşdırmalar aparılacaq. Birinci Qarabağ müharibəsi dövründən 4000-ə dək insanımızın taleyi məlum deyil. Güman edilir ki, ermənilər bu insanlar haqqında məlumat vermirsə, deməli, onları qətlə yetiriblər. İşğaldan azad olunmuş ərazilərdə artıq neçənci dəfədir ki, kütləvi məzarlıq aşkarlanır. Məzarlıqların xeyli hissəsi elə Xocalı ərazisindədir.
 
Əhali Xocalıdan çıxan zaman Fərrux istiqamətində getməmişdi. Ancaq Fərrux kəndi istiqamətində 1992-1993-cü illərdə bir neçə dəfə hərbi əməliyyatlar olub. Fərrux kəndi istiqamətində şəhid qalıqları aşkarlana bilər. O dövrlərdə erməni daşnaqları əsir götürdükləri azərbaycanlıları qul kimi ucqar kəndlərdə işlədiblər. Həmin şəxslər vəfat etdikdə isə insanlığa sığmayan şəkildə basdırıblar”.
 
Qeyd edək ki, ötən ay Xocavəndin Edilli kəndində də kütləvi məzarlıq aşkarlanıb. Bir neçə müddət əvvəl Kəlbəcərin Başlıbel kəndində də erməni vandalizminin sübutu olan kütləvi məzarlıq müəyyən edilmişdi.
 
Kütləvi məzarlıq Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun topladığı ifadə və materiallar əsasında müəyyən olunur.

Bizimlə əlaqə saxlayın