E-mail: [email protected]
Andrey Saxarovun Moskvada oğurlanan abidəsi Xankəndidə peyda oldu – FOTO
Moskvanın açıq səma altında heykəltəraşlıq parkı olan “Muzeon”da Andrey Saxarovun abidəsi yoxa çıxıb.
Turkustan.az xəbər verir ki, bu barədə publisist Nikolay Podosokrski Telegram kanalında yazıb.
Heykəlin yoxa çıxmasını mayın 21-də Saxarovun doğum günü şərəfinə “Abidələr arasında insan” tematik gəzintisi keçirən “Memorial”ın bələdçiləri aşkar ediblər.
Heykəlin yoxa çıxması barədə daha əvvəl Memorialda keçirilən “Andrey Saxarov – Vicdanın akademiki” adlı sərginin müəllifi rəssam Katya Quşçina məlumat yayıb.
Andrey Saxarovun heykəli (müəllifi Qriqori Pototski) “Muzeon” Parkında gəzinti marşrutunun nöqtələrindən biri olmalı idi. Ora gələn gəzinti təşkilatçıları və iştirakçıları ehtiyatla Muzeyin ətrafında gəzsələr də, abidəni tapa bilməyiblər. Qorki parkının məlumat mərkəzi heykəlin harada olduğu ilə bağlı informasiyası olmadığını bildirib.
Daha sonra abidənin müəllifi Qriqori Pototski Saxarovun heykəlinin Moskvadan çıxarılaraq Qarabağda, Azərbaycanın qədim şəhəri olan Xankəndidə qoyulduğunu bildirib.
Heykəltəraşın sözlərinə görə, abidənin açılışında Qarabağdakı qondarma rejimin “rəhbərliyi” iştirak edib. (bizim.media)