E-mail: [email protected]
Tovuzdan Bakıya verilişə gələn şəxs İTKİN DÜŞDÜ - FOTO
Tovuzdan ARB telekanalına gələn şəxs itkin düşüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, rayonun Hunanlar kənd sakini, 1940-cı il təvəllüdlü Firuzə Yusifova may ayının 16-da yaşadığı evdən çıxaraq Bakı şəhərində yerləşən “ARB” telekanalına gəlib və bir daha geri qayıtmayıb.
“Sonuncu dəfə həmin telekanalın inzibati binasının yaxınlığında görülən şəxsin əlamətləri belədir: Boyu 160 sm, saçları ağ rəngdədir, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli don və ağ rəngli köynək olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və 070-213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur”, - məlumatda qeyd edilib.