23 
may
2022
13:19
98

Tel:+99450 352 82 91
E-mail: [email protected]

“Səlimin səhhəti pisdir, dünəndən ağlayırıq” - Sabiq nazirin ATASI

23 may, 2022
13:19
1298

Sabiq əmək va əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhətində ciddi problem yarandığından onun Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürüldüyü bildirilir.
 
Eks-nazirin atası Yanvar Müslümov Modern.az-a açıqlamasında faktı təsdiqləyib.
 
Y.Müslümov özünün də səhhətində problemlər olduğunu vurğulayıb:
 
"Bildiyiniz kimi, özüm də xəstəyəm, artıq 84 yaşım var. Ayaqlarım işləmir, heç avtomobillə belə, uzun yolu gedə bilmirəm. Yaşım o yaş deyil. Amma Səlimin xəbərin eşidəndən özümüzə gələ bilmirik. Dedilər səhhəti çox pisdir. Dünəndən ağlayırıq, əlimizdən dua etməkdən başqa heç nə gəlmir".
 
Sabiq nazirin atası oğlunun hansı xəstəliklərdən əziyyət çəkdiyini açıqlayıb:
 
"Əvvəldən təzyiq, şəkər problemləri var idi. Bilirsiniz, bizdə bu xəstəliklər irsidir. Allah ölənlərinizə rəhmət eləsin, atam da təzyiqdən rəhmətə getdi. Kiçik qardaşım "Narxoz"da oxuyanda, cavan yaşında o xəstəlikdən keçindi. Mən özüm danışmasam da, uşaqlar həkimlərdən xəbər alır. Deyirlər təzyiqi, şəkəri çox yüksəlib, amma həkimlər nə lazımdırsa edirlər. Allaha pənah, İnşallah sağalar".

Bizimlə əlaqə saxlayın