23 
may
2022
14:17
123

Tel:+99450 352 82 91
E-mail: [email protected]

"Meymun çiçəyi" TƏHLÜKƏSİ böyüyür

23 may, 2022
14:17
17123

İlk dəfə Afrikada aşkarlanan və dünyada sürətlə yayılan “Meymun çiçəyi” xəstəliyi Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya, İsrail, İsveçrə və Avstriya da daxil olmaqla 15 ölkədə aşkarlanıb.
 
Bəs, "Meymun çiçəyi" virusunun yayılma arealı nə qədər genişlənə bilər? Azərbaycanı hansı təhlükə gözləyir?
 
Virusla bağlı infeksionist Nicat Əzimli Modern.az-a danışıb.
 
N.Əzimli deyib ki, "Mmeymun çiçəyi" xəstəliyinin gedişatı orqanizmdən asılı olaraq yüngül və ya kəskin ola bilər.
 

 
İnfeksionist qeyd edib ki, xəstəlik əsasən 2-4 həftə ərzində öz-özünə sağalır:
 
""Meymun çiçəyi" yalnız 1% hallarda ölümlə nəticələnə bilər. Təşvişə ehtiyac yoxdur. Virusun aşkarlandığı ölkələrin sayı artmaqdadır. Hazırda 13 ölkədən bu haqda məlumat verilib. Dünyada ümumilikdə 100-ə yaxın diaqnozu təsdiqlənmiş xəstə var. Əlavə olaraq şübhəli, diaqnozu hələ təsdiqlənməmiş xəstələr də mövcuddur”.
 
Həkim virusun Azərbaycana çatıb-çatmayacağı haqda dəqiq proqnoz verməyin mümkünsüz olduğunu vurğulayıb:
 
“Bunu zaman və gedişat göstərəcək.Təbii ki, xəstələrin aşkarlandığı ölkələrin sayının artması göstərir ki, bu ehtimal hələlik az da olsa var. Xəstəlik dəridən təmasla, hava-damcı yolu ilə və cinsi əlaqə zamanı ötürülür. Qorunmaq üçün yaxın təmaslardan, uzun müddət üz-üzə söhbətlərdən çəkinməli, cinsi əlaqə zamanı qoruyucudan istifadə etmək lazımdır”.

Bizimlə əlaqə saxlayın