30 
mar
2022
12:27
53

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Son sutkada 64 hərbi obyekt vurulub – Rusiya MN

30 mar, 2022
12:27
453

Son sutka ərzində Rusiyanın operativ-taktiki aviasiya və raket qüvvələri Ukraynanın 64 hərbi obyektini vurub.
 
Turkdunyası.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
 
“Ötən gün ərzində Rusiya aviasiyası Ukrayna Silahlı Qüvvələrinin üç zenit-raket kompleksini - bir S-300 və iki Buk-M1-i məhv edib. Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukraynanın 124 təyyarə və 77 helikopter, 214 zenit-raket kompleksi, 321 pilotsuz uçuş aparatı, 1752 tank və digər zirehli döyüş texnikası, 184 reaktiv yaylım atəş sistemi, 734 səhra artilleriya silahı və minaatan qurğuları, həmçinin 1640 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib”,- məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın