E-mail: [email protected]
BAKI İSTİNTAQ TƏCRİDXANASINDA BU GÜN Kİ, VƏZİYYƏT
Bildiyimiz kimi 2017-ci ilin noyabr ayında Bakı İstintaq Təcridxanasına yeni rəis təyin edildi.
Yeni təyin edilən rəis Elnur İsmayılov vəzifəyə gəldiyi gündən etibarən təcridxanada ciddi nizam-intizam yaratdı. Onun tapşırığı ilə dustaqlara gətirilən ərzaq və əşyalara nəzarət daha da gücləndirildi və bunun nəticəsi olaraq, məhkumlara gətirilən sovqata baxış keçirilən zaman xurmanın içərisinə xüsusi üsulla gizlədilmiş 7(yeddi) ədəd polietilen torbaya bükülmüş çəkisi 2,41 qram narkotik maddə-marixuana və 6 (altı) ədəd siqaret kağızına bükülmüş çəkisi 2,322 qram narkotik maddə-heroin aşkar edilərək götürüldü.
Bundan başqa, "Reksona” markalı gigiyenik vasitənin qutusunda xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,721 qram olan narkotik maddə - marixuana aşkar edildi.
Həmçinin, məhkumların ailə üzvləri, yaxınları ilə görüşlərin həyata keçirilməsi üçün şərait də yaxşılaşdırıldı.Və hətta rəis Elnur İsmayilov bayram günləri məhkumlara müxtəlif hədiyyələr,sovqatlar verməklə yanaşı özüdə onlara baş çəkərək təbriklərini məhkumlara çatdırır..
Ümumiyyətlə, bir yazıya sığmayacaq daha nələr... nələr...
Bir sözlə, mövcud olan bütün çətinliklər aradan qaldırıldı.
Yeri gəlmişkən, Elnur İsmayılov bu gün də həmin vəzifədə çalışır və təyinatından bir neçə il keçməsinə baxmayaraq, bu gün də ilk günkü kimi vəzifə səlahiyyətlərini layiqincə davam etdirir. O, nəinki özü məhkumlarla çox yaxşı davranır, ümumiyyətlə ciddi tapşırığı əsasında tabeçiliyində olan bütün işçiləri də məhkumlarla, eyni zamanda onların görüşünə gələn ailə üzvləri, yaxınları ilə də çox yaxşı davranırlar.
Təcridxanada bütün prosedurların nizam-intizam qaydalarına tam uyğun şəkildə aparılması davam etdirilir.
Düşünürük ki, Elnur İsmayılov kimi işini bilən və vicdanla icra edən dövlət qulluqçuları Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarına, o cümlədən xalqa hələ çox lazımdır.
Ruhiyyə Eldarqızı