28 
may
2022
11:24
76

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Üç ölkənin idmançıları dünya kuboku yarışlarına Qəbələdə hazırlaşıb: “Qəbələ Atıcılıq Klubu”ndan REPORTAJ

28 may, 2022
11:24
1276

Azərbaycan, Qazaxıstan və Özbəkistan idmançıları 2 həftə ərzində “Qabala Hospitality Group”un nəzdində fəaliyyət göstərən “Qəbələ Atıcılıq Klubu”nda keçirilən təlim-məşq prosesində iştirak edib. Güllə və stend atıcılığı üzrə keçirilən təlim-məşqlərdə üç ölkədən ümumilikdə 114 idmançı, məşqçi və digər nümayəndə iştirak edib. “Qəbələ Atıcılıq Klubu”nda idmançıların yarışa hazırlaşması, istirahəti və qidalanması üçün yüksək səviyyədə şərait yaradılıb.
Qeyd edək ki, bu təlim və hazırlıq prosesinin səbəbi Bakıda keçiriləcək, 66 ölkənin iştirakı və 700-dən çox idmançının qatılacağı atıcılıq üzrə dünya çempionatıdır. Çempionat mayın 27-dən iyunun 7-dək keçiriləcək.
“Qəbələ Atıcılıq Klubu”ndə iştirak edən Qazaxıstanın stend atıcılığı üzrə yığma komandasının baş məşqçisi Kolos Sergey Roaldoviç müsahibəsində bildirib ki, komanda Qəbələyə toplanışa ilk dəfə gəlmir: “Biz bura keçən il də məşq eləmək üçün çarter reysi ilə gəlmişdik. Azərbaycanın Atış Federasiyası bütün zəruri şərtləri yaratmışdı. Buna görə rəhbərliyimiz Asiya oyunlarından əvvəl toplanışı məhz Qəbələdə keçirmək qərarına gəldi. Qeyd etmək istəyirəm ki, stend atışında bizə gözəl dağların yaratdığı fon çox uyğundur. Təsəvvür edin, hədəf taxtaları dağların fonunda yerləşir. Qazaxıstanda belə atış meydanları yoxdur. Buna görə, sizin ölkənizi seçmişik.Onu da vurğulamaq istərdim ki, Qəbələ Atıcılıq Klubu MDB ölkələrinin içində ən yaxşı atıcılıq klublarından biridir. Belə ki, klubun sahib olduğu geniş ərazi atıcılıq tirlərinin bir-birindən uzaqda yerləşməsinə imkan verir və bu da öz növbəsində məşq prosesini xeyli asanlaşdırır və idmançıların diqqətini məşqə daha yaxşı cəmləşdirməyə kömək edir. Klubun texniki təchizatı bütün beynəlxalq standartlara cavab verir.
Son olaraq, burada bizi çox yaxşı qəbul edirlər, xidmət əladır. Hər şeyə görə təşəkkür edirik!”. 
Baş məşqçi onu da qeyd edib ki, yarışda idmançılar stend və güllə atışı üzrə yarışacaqlar. 
Özbəkistanın güllə atıcılığı üzrə yığma komandasının baş məşqçisi Viktor Muzafarov bildirib ki, onların nümayəndə heyəti 16 idmançı və 5 məşqçidən ibarətdir: “Biz Qəbələyə Dünya kuboku üzrə yarışın Bakıda keçiriləcək mərhələsinə hazırlaşmaq üçün məşq toplanışına gəlmişik.
Özbəkistanın ən güclü atıcılarını gətirmişik. Məşqlər yaxşı ritmdə, beynəlxalq standartlara uyğun əla tirdə peşəkar məşqçilərlə keçir. Qəbələ Atıcılıq Mərkəzinin ərazisi genişdir və güclü maddi-texniki bazaya malik olduğu üçün hətta dünya yarışlarını da burada keçirmək olar. İdmançılar və məşqçilər burada olmaqlarına şaddırlar. Hava gözəldi, insanlar gözəldir. Bizi çox yaxşı qarşıladılar. Çox sağ olun. İdmançılarımız yaxşı nəticə göstərir. Yaxşı yerləri tutmağı planlaşdırırıq, buna görə 1 həftə əvvəldən Azərbaycana gəlmişik. Bütün məntəqələrdə məşq edirik. Əhval-ruhiyyəmiz əladır. Bura gəlməyimizə çox şadıq. Yalnız bir şey pisdi - burada çox az vaxt qalacağıq. Ümid edirəm, gələn dəfə uzun müddətlik gələrik”.
Özbəkistanın güllə atıcılığı komandasının üzvü, "Tokio-2020" Olimpiadasının iştirakçısı, bir neçə beynəlxalq yarışların qalibi Muxtasar Tahirova da açıqlama verib. Nəticələrinin yaxşı olacağına ümid edən Muxtasar “Qəbələ Atıcılıq Klubu”ndakı şəraiti çox bəyəndiyini deyib: “Bizi çox yaxşı qarşıladılar. Məşqlər üçün bütün şərtlər yaradılıb. 10, 25 və 50 metrdən atışlar edirik. Hava çox gözəldir. Heç soyuq deyil, baxmayaraq ki, dağ ərazisindəyik. Bizim hər şey xoşumuza gəldi”.
“Qabala Hospitality Group”un nəzdində fəaliyyət göstərən “Qəbələ Atıcılıq Klubu”nun Təsərüfat üzrə meneceri Anar Məcnunov bildirib ki, gözəl təbiətdə yerləşən bu atıcılıq mərkəzində idmançılar üçün hər cür şərait yaradılıb. Təlim-məşq prosesində iştirak edən xarici ölkə idmançılarının söylədiklərinə görə, sakit bir yerdə, dağlar və meşələrlə əhatə olunan təbiət qoynunda fəaliyyət göstərən və müasir idman avadanlıqları ilə təchiz edilən “Qəbələ Atıcılıq Klubu” onların ürəyincə olan bir məkandı. Tanınmış güllə və stend atıcıları məşqlər üçün “Qəbələ Atıcılıq Klubu”nu seçməklə dünya kuboku yarışlarına rahat hazırlaşa bildiklərini, yüksək əhval-ruhiyyədə Bakı şəhərinə, dünya kuboku yarışlarına yola düşdüklərini diqqətə çatdırıblar. 
Anar Məcnunov onu da qeyd edib ki, “Qəbələ Atıcılıq Klubu” 2012-ci ildə fəaliyyətə başlayıb.
Beynəlxalq yarışların keçirilməsi üçün nəzərdə tutulan “Qəbələ Atıcılıq Klubu” həm də dünya standartlarına cavab verən istirahət və professional idmançıların mötəbər yarışlara hazırlıq prosesini yüksək səviyyədə təmin edə biləcək bir kompleksdir. Klubun ümumi ərazisi 25 hektar təşkil edir. Klub olimpiya yarışlarında tətbiq edilən bütün texniki inventarlarla təchiz olunmuş və beynəlxalq yarışların, eləcə də təlim-məşq toplanışlarının keçirilməsi üçün bütün zəruri şəraitə malikdir. Klubun ərazisində 4,5 hektar sahədə 5 dairəvi və səngər stend atıcılığı meydançası, 4000 kvadrat metr sahədə sportinq üçün 6 meydança inşa edilib. Güllə atıcılığı üçün 3 atıcılıq tiri (açıq və qapalı) 1200 kv/metr sahədə 60 atıcılıq yeri olan 10 metrlik tir, 3000 kv/metr sahədə 50 atıcılıq yeri olan 25 metrlik tir, 60 atıcılıq yeri olan 50 metrlik yarım açıq tir, 10 atıcılıq yeri olan final tir, qonaqlar üçün 10 atıcılıq yeri olan 10 metrlik tir, lazer tir, həvəskarlar üçün 1 ədəd uzunluğu 145 metr və eni 99 metr olan 25-50 metr məsafələrdən kamandan oxatma meydançası, 1 ədəd idman-ovçuluq ləvazimatı mağazası hansı ki, tərkibində ov tüfəng satışı, ovçular üçün ləvazimatlar, geyimlər, müxtəlif növ ov patronları və suvenirlər satışı mövcuddur, avtomobil dayanacağı, qonaqların gecələməsi üçün toplam  olaraq 14 otaqdan ibarət qonaq evi, 1 ədəd VIP 3 otaqlı kottec, kafe və 2 ədəd restoran mövcuddur. Qəbələ Atıcılıq Klubunda 2014-cü ildən etibarən müxtəlif mötəbər yarışlar, dünya kuboku uğrunda çempionatlar keçirilir.
Təlim prosesinin sonunda Qazaxıstan və Özbəkistan komandaları arasında dostluq “Qəbələ” yarışı keçirilib və 62 idmançı iştirak etmişdir. Qadınlar arasında keçirilən 50 metrlik atış yarışında 1-ci yer Altuxova Arina (KAZ), 2-ci yer Korol Yelizoveta (KAZ) və 3-cü yer Tahirova Muxtasar (ÖZB) tutmuşdur. Kişilər arası 50 metrlik atış yarışında isə 1-ci yer Hüseynov İslam (KAZ), 2-ci yer Malinovski Konstantin (KAZ) və 3-cü yer isə Yurkov Yuriy (KAZ) tutub. 
Məlumat üçün deyək ki, “Gabala Shooting Club” 2019-cu ilin dekabr ayından fəaliyyət göstərən “Gabala Hospitality Group”nun bir hissəsidir. GHG-yə həmçinin, “Tufandag Mountain Resort”, “Qəbələnd” əyləncə parkı və Qafqaz hotellər şəbəkəsi (“Qafqaz Riverside Hotel”, “Qafqaz Tufandag Hotel” və “Qafqaz Resort Hotel”) daxildir. 

Bizimlə əlaqə saxlayın