30 
may
2022
01:22
61

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Müharibə başlayandan Ukrayna Qərbdən 6,5 milyard dollar alıb

30 may, 2022
01:22
961

Ukrayna Milli Bankı rəhbərinin birinci müavini Yekaterina Rojkova bildirib ki, Rusiya ilə müharibə başlayandan sonra ölkə büdcəsinə tərəfdaş dövlətlərdən 6,5 milyard dollar daxil olub.
O, qeyd edib ki, Ukraynanın dövlət büdcəsinin kəsirini ödəmək üçün ayda 5 milyard dollara ehtiyacı var və Kiyev bu vəsaiti beynəlxalq tərəfdaşlardan alacağını gözləyir.
“Ukrayna ixrac gəlirlərinin azalması səbəbindən büdcə boşluqlarını təkbaşına bağlaya bilməz və ölkənin kredit reytinqinin aşağı salınması xarici bazarda borc almağı praktiki olaraq qeyri-mümkün edir”, - deyə rəsmi əlavə edib.
Mənbə: “RİA Novosti”

Bizimlə əlaqə saxlayın