30 
may
2022
01:33
71

Tel:+99450 352 82 91
E-mail: [email protected]

10 qat Fransa çempionu elitanı tərk etdi

30 may, 2022
01:33
971

Bu gün Fransa Liqa 1-də iştirak hüququ uğrunda pley-off mərhələsinin cavab oyunu keçirilib.
“Sent-Etyen” elitada qalmaq üçün “Oser”lə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
İlk görüşdə də eyni hesab qeydə alındığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında daha dəqiq olan “Oser” 5:4 hesabı ilə qalib gələrək növbəti mövsüm Fransa Liqa 1-də oynamaq hüququ qazanıb.
PSJ ilə birgə Fransanın ən çox çempion olan (10 dəfə) komandası “Sent Etyen” isə 18 ildən sonra ilk dəfə elitanı tərk edib.
“Sent Etyen” – “Oser” - 1:1 (penaltilər seriyası - 4:5)
Qollar: Saxi, 51 (0:1), Kamara, 76 (1:1)

Bizimlə əlaqə saxlayın