E-mail: [email protected]
Kolumbiyada prezident seçkiləri başa çatıb - YENİLƏNİB
Bazar günü Kolumbiyada prezident seçkilərinin təşkili üçün açılmış seçki məntəqələri bağlanıb.
Respublikanın Daxili İşlər Nazirliyi seçkilərin normal şəraitdə keçdiyini bildirib. Daha əvvəl müdafiə naziri Dieqo Molano deyib ki, hərbçilər üç partlayıcı qurğu aşkarlayıb, onlardan ikisi seçki məntəqələrinin yaxınlığındakı səkilərdə qalıb. Bununla yanaşı, nazir baş verənlərin səsvermə prosesinə təsir etmədiyini vurğulayıb.
Ən yüksək dövlət vəzifəsi uğrunda 6 namizəd mübarizə aparır. Sorğulara görə, solçu “Tarixi Pakt” koalisiyasını təmsil edən senator Qustavo Petro yarışın favoriti hesab olunur. Seçki kampaniyası zamanı o, qələbə qazanacağı təqdirdə Venesuela ilə diplomatik münasibətləri bərpa etmək niyyətində olduğunu və ABŞ-la azad ticarət sazişinin şərtlərinin dəyişdirilməsini nəzərdən keçirməyi zəruri hesab etdiyini bildirib.
Petronun əsas rəqibləri hakim Demokratik Mərkəz Partiyasının dəstəklədiyi sağçı “Kolumbiya uğrunda Komanda” koalisiyasından Federiko Quterrez və özünün siyasi hərəkatı olan Rodolfo Eernandesdir.
Səsvermənin nəticələrinə görə, namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməsə, iyunun 19-da ikinci tur keçiriləcək. 2022-ci ildə bildirilib ki, Kolumbiyada təxminən 38,8 milyon seçici var.
Mənbə: TASS
00:09
Kolumbiyada prezident seçkiləri keçirilir.
Səsverməyə yerli vaxtla saat 08:00-da (Bakı vaxtilə saat 17:00-da) start verilib.
Ölkədə ən yüksək dövlət vəzifəsi uğrunda altı namizəd mübarizə aparır.
Sorğulara görə, solçu “Tarixi Fakt” koalisiyasını təmsil edən senator Qustavo Petro yarışın favoriti hesab olunur. Seçki kampaniyası zamanı o, qələbə qazanacağı təqdirdə Venesuela ilə diplomatik münasibətləri bərpa etmək niyyətində olduğunu və ABŞ-la azad ticarət sazişinin şərtlərinin dəyişdirilməsini nəzərdən keçirməyi zəruri hesab etdiyini bildirib.
Səsvermənin nəticələrinə görə, namizədlərdən heç biri 50%-dən çox səs toplaya bilməsə, iyunun 19-da ikinci tur keçiriləcək.
Hazırkı dövlət başçısı İvan Duke seçkilərdə iştirak edə bilməyib. Belə ki, respublikada artıq bir dəfə dörd il müddətinə prezident olmuş şəxs təkrar seçilmək hüququna malik deyil.
Mənbə: TASS