E-mail: [email protected]
“Bloomberg”: “Aİ Putinə güzəştə getməyə hazırdır”
Bloomberg” Avropa İttifaqının (Aİ) Putinin Rusiya qazının rublla ödənilməsi tələbinə dair güzəştə getməyə hazır olduğunu açıqlayıb.
Bu barədə agentliyin köşə yazarları Con Folleyn və Alberto Nardellinin müəllifliyilə dərc olunan məqalədə bildirilib.
Qeyd olunub ki, Macarıstandan sonra Aİ üzvü olan digər ölkələr də Rusiya prezidenti Vladimir Putinin qaz tədarükünün rublla ödənilməsi tələbinə boyun əyməyə hazırdır.
Jurnalistlər bəyan ediblər ki, Avropa ölkələrinin Rusiyanı Ukraynadakı müharibəyə görə cəzalandırmaq istəyi sadəcə gurultulu ritorikadan o yana keçmir. Belə ki, onlar Rusiya üçün ən ağrılı yerə – enerji sənayesinə zərbə vurmaqdan imtina edirlər.
Folleyn və Nardelli hesab edirlər ki, Qərbi və Şərqi Avropa ölkələri arasında Ukraynaya silah tədarükü, Putinlə razılaşmalar və gələcək sülh müqaviləsi çərçivəsində Ukraynanın şərtləri ilə bağlı fikir ayrılığı yaranıb.