30 
may
2022
12:06
75

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Sabah 33 dərəcəyədək isti olacaq - PROQNOZ

30 may, 2022
12:06
975

Azərbaycan ərazisində mayın 31-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22°, gündüz 26-31°, Bakıda gecə 19-21°, gündüz 28-30° C isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21°, gündüz 28-33°, dağlarda gecə 2-7°, gündüz 12-17° isti olacaq.

Bizimlə əlaqə saxlayın