31 
may
2022
11:54
66

Tel:+99450 352 82 91
E-mail: [email protected]

İyun ayının ilk gününün hava proqnozu AÇIQLANDI

31 may, 2022
11:54
966

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20, gündüz 28-33, Bakıda gecə 17-19, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 31-36, dağlarda gecə 2-7, gündüz 17-22 dərəcə isti olacaq.

Bizimlə əlaqə saxlayın