E-mail: [email protected]
Dünya üçün böyük təhlükə - İndiyədək görünməmiş böhran başlayır
Ukrayna və Rusiya dünya buğda ehtiyatının 30%-ni, qarğıdalının 20%-ni və günəbaxan yağının 75-80%-ni istehsal edir. Ukraynadakı müharibə İkinci Dünya Müharibəsindən indiyədək görünməmiş qlobal böhrana səbəb ola bilər.
Turkdunyası.az xəbər verir ki, “New York Times”ın məlumatına görə, bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) rəhbəri Devid Bisli Təhlükəsizlik Şurasının iclasında deyib.
BMT rəsmisi qeyd edib ki, Ukraynada gedən müharibə yerli kənd təsərrüfatına, qlobal ərzaq və taxıl təchizatına təsir edərək fəlakət yaradır.
Onun sözlərinə görə, dünya üzrə 125 milyon insanı qidalandırmaq üçün lazım olan taxılın 50%-i Ukraynadan alınır. Ərzaq, daşıma və yanacağın bahalaşması Ümumdünya Ərzaq Proqramının əməliyyat xərclərini ayda 71 milyon dollar artırıb.