31 
may
2022
12:36
95

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ekologiya nazirinin müavini Vüqar Kərimov Masallıda kı, "qara kassa"sını niyə Lənkərana transfer etdirdi

31 may, 2022
12:36
995

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov Meşələrin Inkişaf Xidmətinin rəisi Xalıqverdi Hüseynovla birləşərək resbublikanın meşələrin "soyqırım"a məruz qoyurlar.

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin meşələrin mühafizəsi üzrə sabiq baş mühafizə mühəndis Abturab Bağırov kimdir?.
Bu şəxs Vüqar Kərimovun Masallıda kı, " qara kassa"sıdır.


Deyilənə görə, Ekologiya Nazirliyi A. Bağırovu meşə mafiyası sırasından uzaqlaşdırmağa qorxur. Çün ki, sabah A.Bağırov "söykəndiyi dirəklər"in (krişalarının) üzünə durub, bütün sirləri aça bilər.

Abtub Bağırov:
- Dövlət meşə torpaqların satdığı üçün, 2013-cü ildə əli qandallı Masallı Məhkəməsinə gətirilən və s;

- Özü və yaxın qohumları Masallı meşəbəyliyinin 20 saylı dolayında( yaşadığı kəndin yanında ) dövlət meşə fondun zəbt edib, orada əsaslı tikintilər salan;

- Orta ixtisas təhsilli (texnikum bitirən) və ixtisasca qeyri-məşəçi (şərabçı). Halbu ki, baş mühəndis ali ixtissas təhsilli və uyğun ixtissaslı kadr olmalıdır;

- Əgər "vurma cədvəl"ini soruşsanız belə bilməyən;

-Akt yazmaqı bilməyən, sadəcə olaraq üzdən köçürdən;

-Etdiyi nöqsanlara görə, 2021-ci ilin noyabr ayı ETSN-nin audit qrupu tərəfindən şiddətli töhmət alan;

-Dövlət meşə torpaqların satan;
-Dövlət meşə fondu torpaqların kərpic zavod və vətəndaşlara satdıran;

-Meşələrdən "işlik" materialları oduncaq adıyla sexlərə satdıran;

-2020-ci ilin dekabr ayı pul üstündə Qəriblər meşəbəyliyinin sabiq meşəbəyisi Sədrəddin Abbasovu 8 saylı dolayda vurub hündürlükdən itəlyən. O zaman Sədrəddin güclü bədən xəsarəti almış və bir neçə gün də xəstə yatmışdır.
Bu barədə hətta iş gedib hüquq mühafizə orqanlarına qədər belə gedib çıxmışdır.

Bu işdən bir gün neçə gün sonra ETSN-nin müavini Firdovsi Əliyev Meşələrin İnkişafı Xidmətinin sabiq rəisi Namik Xıdırovla Masallıya yollanaraq məsələni yoluna qoyub, onları barışdlemağa nail olmuş və yalandan saxta həmkarlar keçirtdirərək, guya Sədrəddin özü dəyib əzilib və s.

-Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində bütün çirkin işlərin ssenarisini verən və s.

Aprel 2022-ci ildə yuxarıda yazılanların əksəriyyəti direktorun təqdimatında qeyd olunaraq Abturab Bağırov Həmkarların iclasına çağrılmış və onun barəsində iclas keçirilərək Meşələrin İnkişafı Xidmətinə təqdimatı göndərilmişdir.
Təqdimatda qeyd olunanlar:

"Ekologiya və Təbii Sərvətlər Nazirliynin 26 yanvar 2022-ci il tarixli, 671/k saylı əmrinə əsasən, yeni təyin edilmiş Mərkəzin direktorunun təhvil-qəbul ilə bağlı Meşələrin İnkişafı Xidmətinin əməkdaşlarının və Mərkəzin təhvil-qəbul komissiyasının apardığları araşdırma zamanı
ümumilikdə 2311 ədəd 926 m³ həcmində 40896.31 manat məbləğində qanunsuz kəsilmiş ağaclar aşkar edilmişdir.

Bundan başqa təhvil-qəbul zamanı batmış meşə əkinlərin mühafizəsi,

nəzarəti yoxlamaların, "Meşə qanunvericiliyinin pozulmasına" dair
aktların hərəkəti barədə və dolaylarda qanunsuz kəsilmiş ağacların damğalanaraq qeydiyyata alınmaması ,

dövlət meşə fondu torpaqlarında qanunsuz zəbtlərin vaxtında aşkar edilib tədbir görülməməsi və vətəndaşların tərəfindən çoxsaylı şikayətlərin daxil olmasını nəzərə alaraq Mərkəzin meşələrin qorunması və mühafizəsi üzrə baş mühəndisi Bağırov Abturab Ibrahim oğlunun işdə qalması qeyri-mümkün hesab edilsin".

Bu təqdimatdan bərk narahat olan Vüqar Kərimov və Xalıqverdi Hüseynov yenidən həmkarlarda iştirak edən işçiləri Meşələrin İnkişafı Xidmətinə çağırmış və buna görə bərk qəzəblənmiş və onlara öz narahatlığın bildirmişdir. Hələ bu günə kimi sözügedən təqdimatla bağlı hər hansı bir tədbir görülməyib.

Hələ bu azmış kimi Vüqar Kərimovun göstərişi ilə Xalıqverdi Hüseynov Abturab Bağırovu bir neçə gün öncə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinə direktor müavini vəzifəsinə təyin etdirib.

Bu şəxsin elədiyi cinayətlərə rəğmən vəzifəsin böyüdüb.
Və aldığımız məlumat da bildirilir ki, Vüqar Kərimov Abturaba söz deyib ki, bir müddət sonra ara sakit olandan sonra yenidən səni Masallı RMTM-nə qaytaracam.

Qarşı tərəfi dinləməyə hazırıq.




Ekologiya nazirinin  müavini Vüqar Kərimov Masallıda kı,  "qara kassa"sını niyə Lənkərana transfer etdirdi
Ekologiya nazirinin  müavini Vüqar Kərimov Masallıda kı,  "qara kassa"sını niyə Lənkərana transfer etdirdi
Ekologiya nazirinin  müavini Vüqar Kərimov Masallıda kı,  "qara kassa"sını niyə Lənkərana transfer etdirdi
Ekologiya nazirinin  müavini Vüqar Kərimov Masallıda kı,  "qara kassa"sını niyə Lənkərana transfer etdirdi
Ekologiya nazirinin  müavini Vüqar Kərimov Masallıda kı,  "qara kassa"sını niyə Lənkərana transfer etdirdi
Ekologiya nazirinin  müavini Vüqar Kərimov Masallıda kı,  "qara kassa"sını niyə Lənkərana transfer etdirdi

Bizimlə əlaqə saxlayın