31 
may
2022
12:40
73

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Rusiya Niderlanda qaz nəqlini dayandırır

31 may, 2022
12:40
973

Ukraynaya hərbi müdaxiləsindən sonra Qərbin sanksiyalarına cavab olaraq təbii qaz satışını rublla ödəmə şərti qoyan Rusiya bu tələbi qəbul etməyən Polşa, Bolqarıstan və Finlandiyanın ardından Niderlanda qaz axınını dayandırır.

Niderlandın dövlət qaz şirkəti "GasTerra" "Qazprom"un 31 may tarixindən etibarən bura qaz tədarükünü dayandıracağını bəyan edib. “GasTerra”nın verdiyi açıqlamada fərmanda Rusiyanın Avropa İttifaqına (AB) üzv olan ölkələrin "Qazprombank"da avro və rubl hesabı açaraq təbii qaz ödəmələrini tələb etdiyi xatırladılıb.

Ukrayna-Rusiya müharibəsindən sonra rus rublunun ucuzlaşması ilə Rusiya qaz satarkən ödənişin rublla aparılmasını tələb edib. Əvvəllər Rusiya rublu ilə ödəməkdən imtina edən Polşa, Bolqarıstan və Finlandiyaya qaz axını Rusiyanın enerji nəhəngi “Qazprom” tərəfindən kəsilib.

Açıqlamada vurğulanıb ki, “Qazprom”un hazırkı müqavilə müddətinin bitdiyi 31 may-1 oktyabr tarixləri arasında tədarükünü dayandırması 2 milyard kubmetr təbii qazın alınmayacağı anlamına gəlir.

Bizimlə əlaqə saxlayın