iyn
2022
11:34
79

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ad günündən iki gün sonra özünü asan gənc Vətən müharibəsi iştirakçısı imiş - YENİLƏNİB

1 iyn, 2022
11:34
1279

Sumqayıtda intihar edən gənclə bağlı bir sıra təfərrüatlar üzə çıxıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, 20 yaşlı Adil Bayramov Salyan rayonunun Kürqaraqaşlı kənd sakinidir. Sumqayıtda kirayədə yaşayırmış.
Yaxınlarının verdikləri məlumata görə, A.Bayramov 44 günlük Vətən müharibəsi iştirakçısı olub.
O, “Suqovuşanın azad olunmasına görə” medalı ilə də təltif edilib.
09:04
Sumqayıtda gənc intihar edib.
APA-nın məlumatına görə, hadisə ötən gecə şəhərin 34-cü məhəlləsində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Adil Bayramov özünü yaşadığı evdə asıb.
İntiharın səbəbləri bilinmir. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, A.Bayramovun mayın 30-da 20 yaşı tamam olub.

Bizimlə əlaqə saxlayın