iyn
2022
17:47
97

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Filarmoniyada “18+” gecə klubu: Nazir Anar Kərimov sürprizlərini davam etdirir - NƏ ETMƏLİ?

3 iyn, 2022
17:47
997

“Gecə klubundan intim görüntülər 18+” başlığı ilə yayımlanmış video Azərbaycan mədəniyyətinin düşdüyü tragikomediyanın çılpaqlığı ilə ortaya qoyur.

Videoya baxdıqda doğrudan da “18+“ qeydinin səbəbini anlamaq olur. İki xanım gecə klubuna uyğun geyimdə, elə gecə klublarına xas şəkildə rəqs edir. Lakin məkan nə bardır, nə də klub. Məkan Dövlət Akademik Filarmoniyasıdır.

Sual yaranır: Filarmoniya gecə klubudur? Xeyr, bəs bu görüntülər nədən xəbər verir? Ya Dövlət Akademik Filarmoniyasını gecə klubuna çeviriblər və gecələr icarəyə verilir, ya da o qədər dərəbəlikdir ki, bir əsrdən çox yaşı olan və həm memarlıq üslubuna, həm də fəaliyyət profilinə görə Azərbaycan mədəniyyətinin inciləri sırasında yer alan Filarmoniya necə gəldi istifadə olunur.

Əslində Filarmoniyanın həyətinin kafeyə çevrilməsi Mədəniyyət Nazirliyinin bura münasibətindən xəbər verirdi. Lakin gündüzlər kafe, gecələr klub olaraq istifadə edilməsi artıq sürpriz hesab oluna bilər.

Buna Mədəniyyət naziri Anar Kərimovun mədəniyyətimiz üçün növbəti töhfəsi də deyə bilərik və onu da qeyd edək ki, hörmətli nazirimiz hər kəsi təəccübləndirməyə davam edir.

Bundan öncə Anar Kərimovun yeni peyda olan modellə poz verdiyi faktı ortaya çıxmışdı. Bəlli idi ki, nazirin yanında poz verən modelin məqsədi özünə cığır açmaq, bu yolla “irəliyə” getməkdir və buna nail olacağı da şübhəsizdir. Mədəniyyət nazirin buna şərait yaratması isə təbii ki diqqətdən kənarda qalmır. Lakin Anar Kərimov bununla kifayətlənmir və təəccüləndirməyə davam edir. Filarmoniyanın gecə klubuna çevrilməsi mədəniyyət nazirinin “az aşın duzu” olmadığını, sürprizlərlə dolu olduğunu təsdiqlədi.

Bəlkə Anar Kərimov mədəniyyəti gecə klubu, yaxud model olaraq görür, buna yalnız nazirin özü aydınlıq gətirə bilər. Bəlkə də Filarmoniyanın tarixi memarlıq üslubundakı möhtəşəm binası Anar Kərimovun xoşuna gəlib və düşünüb ki, niyə bu gözəl bina boş qalsın. Oranı kafe də etmək olar, gecə klubu da. Hələ imkan olsa başqa işlər üçün də istifadəyə yararlıdır. Buna da Anar Kərimov aydınlıq gətirə bilər, hər-halda adam nazirdir və “nə etdiyini” bilməmiş deyil.

Doğruda da Anar Kərimov nə etdiyini özü bilirmi?

Ötən əsrin əvvəlindən başlayaraq, bir əsrdir Azərbaycan mədəniyyətinin, incəsənətinin ən elit məkanlarından biri olan Dövlət Filarmoniya binası artıq striptiz rəqsin məkanına çevrilibsə, nə Mədəniyyət Nazirliyinin, nə də mədəniyyətimizin nazirinin işi də, fəaliyyəti də suallar yaradır.

Filarmoniya binasındakı striptiz rəqsə baxa-baxa düşünməmək olmur: görəsən Anar Kərimovun növbəti sürprizi nə olacaq?!



Zaur Hacılı
Demokrat.az

Bizimlə əlaqə saxlayın