E-mail: [email protected]
Yardımlı meşələrində keçirilən saxta, yoxlamalar/VİDEO
Turkdunyası.az-a etibarlı mənbədən daxil olan məlumata görə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzində yeni təyin olunan direktorun təhvil-qəbulu ilə əlaqədar Yardımlı meşələrində keçirilən yoxlamalar saxtalaşdırılıb. Belə ki, sözügedən yoxlamada iştirak edən Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin baş entimoloqu Isayev Mehti, 3 saylı meşəbəyliyin 8, 10 və 11 saylı dolaylarında, oranın
meşə gözətçilərindən pul alaraq keçirilən yoxlamaları saxtalaşdırıb:
-Qırıntıların əksəri gizlədilib;
İridiametirli ağaclar xırda diametrli kimi yazılıb;
-Adları "Qırmızı Kitab"a düşmüş ağaclar palıd, fıstıq və vələs ağacları kimi göstərilib;
-Kəsilmiş ağac 50 santimetrdisə, akta onu 30 sm kimi yazıblar.
Hətta Isayev Mehti bu işi yaxşı bacardığı üçün dəfələrlə "isti su" yolunda durub odun maşınların saxlatdırıb pul da alırdı və bundan əlavə odun alverçiləri də ona aylıq haqq verirdi və o da aldığın Mərkəzin direktoru ilə "dədə malı" kimi bölüşdürdü.
Növbəti yazılarımızda Isayev Mehtinin yazdığı saxta aktlar barədə məlumat verəcəyik.
Həmişə olduğu kimi qarşı tərəfin mövqeyin işığlandırmağa hazırıq.