iyn
2022
01:41
99

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Türkiyəli həkimdən ixtira: Xərçəng hüceyrələrini sürətlə aşkar edən maqnit çip YARATDI - FOTO

4 iyn, 2022
01:41
1299

ABŞ-da işləyən türkiyəli həkim inqilabi ixtira edib.
Gözde Durmuş xərçəng hüceyrələrini tez bir zamanda aşkar edə bilən maqnit çip yaradıb.
Stenford Universitetində öz laboratoriyasında çalışan dosent inkişaf etdirdiyi texnologiyanın “qanda dolaşan və xərçəngin bir orqandan digərinə keçməsinə səbəb olan hüceyrələri seçdiyini” açıqlayıb.
Onun sözlərinə görə, qandakı bu hüceyrələrin seçilməsi texnoloji cəhətdən çox çətindir, lakin inkişaf etdirdikləri texnoloji yeniliklə bu, tez və sürətli bir şəkildə edilə bilər.
Durmuşun hazırladığı çip xərçəng daşıyan hüceyrələri ayırd edir.
Xərçəngin diaqnozu və müalicəsinin bahalı olduğu nəzərə alınaraq, çipin qiyməti çox aşağı - beş ABŞ dolları müəyyən edilib.
2010-cu ildən bəri dünyanın aparıcı xərçəng araşdırma mərkəzlərində sınaqdan keçirilən cihazın məişət variantı hazırlanır.
“Nəticələr həyəcanvericidir. Xüsusilə tədqiqat mərkəzləri ondan hazırda istifadə edə bilərlər, lakin biz bu texnologiyaların evdə istifadə oluna bilməsi üçün çalışırıq”, - deyə həkim qeyd edib.



Mənbə: Hürriyet

Bizimlə əlaqə saxlayın