30 
mar
2022
19:12
52

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Hamilə qalan azyaşlı sığınacağa yerləşdirildi

30 mar, 2022
19:12
652

Məlumat verildiyi kimi, Gəncə şəhərində 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan qızın zorlanaraq hamilə qalmasına dair qızın ailə üzvləri tərəfindən 916 Çağrı Mərkəzinə müraciətlə bağlı məsələ Ombudsman tərəfindən nəzarətdə saxlanılır.
 
Ombudsman Aparatından Modern.az-a verilən məlumata görə, Ombudsmanın Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciəti əsasında azyaşlı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib, onun tibbi müayinəsi və müalicəsi təşkil olunub.
 
Eyni zamanda, Ombudsmana müraciəti əsasında azyaşlı və ailə üzvləri müvafiq səhiyyə müəssisəsində nevroloji müayinələrə cəlb olunublar.
 
Ailəyə sosial-psixoloji yardımın göstərilməsi məqsədilə Ombudsman tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət edilib və azyaşlı ailə üzvləri ilə birlikdə sosial xidmət müəssisəsinə yerləşdirilib.
 
Bununla yanaşı, ailənin sosial problemlərinin həllində müvafiq köməkliyin göstərilməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb.

Bizimlə əlaqə saxlayın