iyn
2022
19:13
104

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Türkiyədə 3 nəfər meymunçiçəyinə görə karantinə alındı

4 iyn, 2022
19:13
12104

Türkiyədə iki əcnəbidə meymunçiçəyi xəstəliyi ilə bağlı şübhələr yaranıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, iki əcnəbi əllərindəki yaralara görə aptekə dərman almağa gediblər. Onlar meymunçiçəyi şübhəsi ilə karantinə alınıblar.
Hadisə İstanbulun Sultanqazi qəsəbəsində baş verib. Aptekə girən iki nəfərin əllərindəki yaradan şübhələnən əczaçı dərhal polis və təcili tibbi yardıma məlumat verib.

Nəticədə həmin iki nəfər və yanlarında olan digər şəxs saxlanılıb.
Onların hər üçündən meymunçiçəyini təyin etmək üçün test götürülüb. Buna görə də, saxlanılan şəxslərin cavablar çıxanadək karantində qalacağı bildirilir.

Bizimlə əlaqə saxlayın