E-mail: [email protected]
Cənab Prezidentin diqqətinə: Məmurlar Masallının taladı
Azerinfo.az xəbər portalına etibarlı mənbədən daxil olan məlumata görə, Masalıı şəhərində (Gigahda) qeyri-qanuni 35 sm diametrində bir neçə qarağac cinsindən olan ağac kəsilib və bir neçəsi isə budanıb.
Mənbə qeyd edir ki, kəsilən ağacların yerində iri bir obyekt tikilir.
Məsələni araşdırmaq üçün əməkdaşımız sözügedən ərazidə olub,
oradan isə ona bildiriblər ki, bu obieykti tikdirən Nağı adlı şəxsdır və hazırda o Rusiyadadır.
Əməkdaşımız sözügedən məsələylə bağlı digər hər hansı bir məlumat ala bilməyib.
P.S. Masalıı rayon icra Hakimiyyəti, şəhər bələdiyyəsi və 1 saylı Regional Ekologiya İdarəsini işçiləri hara baxır?
Necə olur ki, Masallı şəhərində "yaşıl soyqırım" gedir və adları çəkilən orqanlar isə bundan xəbəri olmur?!
Dəfələrlə Masalıı şəhərində olan "viləş" çay yatağının hər gün qazılıb orada kı, torpaq, qum və qrabilin daşınması. O cümlədən Müsaküçə kəndində 1.00 ha ərazidə torpaq və qrabilin qazılıb satılması barədə xəbər prortallarımızda işığlandırmışdıq.
Redaksiyamıza dəfələrlə Masallı məktəblərində dərs keçirilmədiyi görə yuxarı sinif şagirdləri repetitor yanına getdiyi üçün dərsə gəlməməsi, xəstəxanalarda qış aylarında isti suyun olmaması və s. barədə məlumat daxil olub və əməkdaşımız sözügedən məlumatları araşdırmaq üçün Masallı İcra Başçının müavini –İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz xanımla telefon vasitəsilə əlaqə saxlayaraq redaksiyamıza daxil olan şikayəti ona bildirib və Aybəniz xanım isə əməkdaşımıza "TƏBİB icazə vermir xəstəxanaya girib araşdırma aparmağa və orta məktəblər də həmçinin icazə yoxdur girməyə"-deyə bildirib.
Buradan açıq-aşkar görünür ki, Masalılda məmur özbaşınalığı artıq kuliminasiya nöqtəsinə gəlib çıxıb.
Bunlar jurnalistlərin peşə fəaliyyətinə mane olur və çox şeyləri ictimaiyyətdən gizlədirlər. Masalıı səhiyyəsi hazırda bərbad gündədir , təhsil də həmçinin.
Deyəsən mərhum Ulu Öndərin ağaclar barəsində dediyi sözlər və cənab Prezidentin məmur özbaşınalığı barəsində dedikləri bunlar təsir etməyib.
Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.