E-mail: [email protected]
Əməkdar rəssam həbsdən azad edildi - YENİLƏNİB
Əməkdar rəssam Rəşad Ələkbərov həbsdən azad edilib.
Modern.az xəbər verir ki, bu barədə R.Ələkbərovun vəkili Adəm Məmmədov bildirib.
"Əməkdar rəssam Rəşad Ələkbərovun həbsdən azad olunması ilə bağlı tərəfimizdən verilmiş vəsatət təmin edildi", - deyə vəkil qeyd edib.
***
17:56
Azərbaycanın Əməkdar rəssamı həbs edilib.
Modern.az xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat verilib.
O bildirib ki, Ələkbərov Rəşad Böyükağa oğlu prokuroluq əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Bu gün R.Ələkbərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, R.Ələkbərov Azərbaycanın Əməkdaş rəssamıdır.