30 
mar
2022
22:28
59

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Qatarın qapıları bağlanmadı, maşinist əşya aşkarladı - BAKI METROSUNDA

30 mar, 2022
22:28
359

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.
Turkdunyasi.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Məlumatda deyilir:

"Dərnəgül" metrostansiyasında qatarın maşinist kabinəsində idarəetmə panelində qapılardan birinin bağlanmaması barədə işə müvafiq işarəvermə siqnalı düşüb. Bu səbəbdən maşinist vəzifə qaydasına uyğun olaraq qapıya baxış keçirib. Məlum olub ki, qapı arasında kiçik əşya parçası qalıb. Maşinist maneəni aradan qaldırıb və idarəetmə panelində hər şeyin qaydasında olduğunu müəyyən etdikdən sonra yola düşüb. Hadisə ilə əlaqədar iki qatar arasında 8-9 dəqiqə interval fərqi yaranıb".

Bizimlə əlaqə saxlayın