30 
mar
2022
23:02
59

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Ekologiya Nazirliyində misli görünməmiş biyabırçılıq

30 mar, 2022
23:02
659

Bir qrup Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin ali təhsilli meşəçiləri redaksiyamıza şikayət ünvanlayıblar. Şikayətçilər bildirir ki, biz bu barədə dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişik, lakin buna baxmayaraq hər hansı bir müsbət cavab ala bilməmişik.

Şikayətçilər qeyd edir ki, onların işlədiyi Mərkəzin aparatında 11 baş işçi vardır ki, onların da 6-sı orta ixtissas təhsilli qeyri-meşəçilərdir.
"Bu həqiqətən də açıq-aşkar biyabırçılıq və ədalətsizlikdir. Neçə olur ki, biz ali təhsilli meşə və ekologiya mühəndisləri kiçik vəzifə tutduğumuz halda, orta ixtissas təhsilli bədən tərbiyə, ibtidai sinif, mexanik, şərabçi, zootexnik və s. isə baş vəzifələri tutur?. Məgər orta ixtissas təhsilli meşəçilər gedib orta məktəbdə əlifba və ya əmək təlimi dərsi deyə biləllərmi?! Əlbətdə yox.
Ümumiyyətlə sözügedən ixtissaslar meşə ilə tamam yad sahələrdir"-deyə şikayətçilər bildirir.

Mənbə: Azerinfo.az


Qarşı tərəfi dinləməyə hazırıq

Bizimlə əlaqə saxlayın