31 
mar
2022
02:09
63

Tel:+99450 352 82 91
E-mail: [email protected]

ABŞ Ukraynaya mərmi dronları verəcək

31 mar, 2022
02:09
663

Birləşmiş Ştatlar Ukraynaya yeni hərbi yardım paketi çərçivəsində ABŞ-ın “AeroVironment” şirkətinin istehsalı olan 100 min ədəd “Switchblade” mərmi dronları verəcək.
Bu barədə ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander məlumat verib.
“Biz Kiyevə hərbi yardım üçün prezidentin ən yeni xərclər paketinin bir hissəsi kimi 100 min ədəd “Switchblade” taktiki pilotsuz mərmi sistemi tədarük etməyi öhdəmizə götürmüşük”, - deyə Pentaqon rəsmisi Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsindəki dinləmələr zamanı bildirib.
Qeyd edək ki, “Switchblade” mərmiləri kamikadze dronları kimi tanınır. Onun”Switchblade-300” və “Switchblade-600” olmaqla iki versiyası mövcuddur.
Mənbə: TASS

Bizimlə əlaqə saxlayın